Əmlakın alqı-satqısı
Qiymət təyini, reklam, alıcı-satıcı danışıqları, beh müqaviləsi və notariatda tam müşayiət.
Əmlakın alqı-satqısı, kirayəsi və ipoteka ilə mənzil sahibi olmaq — hər addımda sənədlərin yoxlanışı və rəsmi müqavilə ilə, peşəkar agentlərimizin müşayiəti altında.
İnvest Home — daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və digər əmlak münasibətləri üzrə ixtisaslaşmış agentlikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və müvafiq qanunvericilik çərçivəsində fəaliyyət göstəririk.
Missiyamız — müştərilərə yüksək keyfiyyətli, etibarlı və müasir daşınmaz əmlak xidmətləri təqdim etməkdir. Hər bir əqddə sənədlərin yoxlanışından notariat iştirakına qədər bütün prosesi biz idarə edirik.
İlkin baxışdan təhvil-təslim aktına qədər hər mərhələni peşəkar agentlərimiz idarə edir.
Qiymət təyini, reklam, alıcı-satıcı danışıqları, beh müqaviləsi və notariatda tam müşayiət.
Yaşayış və qeyri-yaşayış sahələrinin kirayəsi — qiymət təyini, müqavilə şərtlərinin tənzimlənməsi ilə.
Dövlət ipotekası və daxili ipoteka ilə əmlakın alqı-satqısı — bank prosesinin müşayiəti ilə birgə.
MTK-larda yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, dövlət layihələri üzrə vasitəçilik.
Biznes plazalarda ofislərin icarəsi və satışı, brend mağaza və şəbəkələr üçün sahələr — obyekt, anbar, aptek.
Sənədlərin hazırlanması və yoxlanışı, peşəkar foto-video çəkiliş, sponsorlu reklam və əmlakın idarə edilməsi.
Dövlət ipotekası və bankdaxili ipoteka proqramları üzrə sizi ilk müraciətdən açar təhvilinə qədər müşayiət edirik. Sənəd toplusu, bank təsdiqi və rəsmiləşdirmə — hamısı bizim nəzarətimizdə.
Ehtiyacınıza uyğun əmlak və ipoteka proqramının seçimi.
Əmlakın və tərəflərin sənədlərinin hüquqi təhlili.
Ərizə, qiymətləndirmə və bank təsdiqi mərhələlərində dəstək.
Asan Xidmət və notariat kontorunda iştirak, təhvil-təslim aktı.
Agent kimi fəaliyyətə başlayın və ya İnvest Home adı altında öz ofisinizi açın.
Təcrübəniz olmasa belə — təlim və inkişaf sistemimiz, şirkət resurslarımız və hüquqi dəstəyimizlə fəaliyyətə başlaya bilərsiniz.
Tanınmış brend, hazır iş qaydaları və standartlar, davamlı komanda dəstəyi ilə öz bölgənizdə əmlak ofisi idarə edin.
Suallarınızı cavablandırmağa hazırıq. Zəng edin, yazın və ya formu doldurun — ən qısa zamanda sizinlə əlaqə saxlayacağıq.